"The New York Times" qəzetinin ekspertləri dünyanın ən yüksək ödənişli şirkət rəhbərlərinin illik reytinqini nəşr edib.
ONA-nın qəzetə istinadən verdiyi məlumata görə, adətən şirkət rəhbərləri sıravi işçilərlə müqayisədə 2-3 dəfə yüksək əmək haqqı alırlar. Lakin reytinqdə dərc olunmuş rəqəmlər inanılmazdır.
Siyahıya "Tesla" şirkətinin rəhbəri İlon Mask başçılıq edir ki, onun 2018-ci ildə aldığı kompensasiyanın həcmi 2,284 mlrd. ABŞ dolları təşkil edib. Qəzetin məlumatına görə, bir il ərzində Maskın gəliri 2017-ci ilə nisbətən 45 753 dəfə artıb. Belə ki, 2017-ci ildə İlon "Tesla"dan təxminən 50 min dollar alıb.
Ekspertlər bildirir ki, 2,3 mlrd. dollar hələlik Maska aid deyil. Bu rəqəm əvvəlki opsionlardan və səhmdarların razılığı ilə təsdiq edilmiş onillik opsion paketindən ibarətdir ki, bütün bunlar "Tesla"nın göstəricilərinə bağlıdır. "Tesla"nın 20%-nə sahib olan İlon Maskın aylıq məvacibi şirkətdə olan orta aylıq əmək haqqından fərqlənmir.
Ən yüksək gəlirli şirkət rəhbərlərinin reytinqi:
# |
CEO |
Şirkət |
İllik kompensasiya, mln. ABŞ dolları |
1 |
İlon Mask |
"Tesla" |
2 284 |
2 |
Devid Zaslav |
"Discovery" |
129 |
3 |
Nikeş Arora |
"Palo Alto Networks" |
125 |
4 |
Mark Herd |
"Oracle" |
108 |
5 |
Safra Kats |
"Oracle" |
108 |
6 |
Con Lecer |
"T-Mobile US" |
105 |
7 |
Robert Ayger |
"Walt Disney" |
66 |
8 |
Ceyms Heppelman |
PTC |
50 |
9 |
Fabrisio Freda |
"Estee Lauder" |
48 |
10 |
Vivek Şah |
"J2 Global" |
45 |