• İQTİSADİYYAT

    17:29 8 aprel 2024

"E-taksi" yaradılıb, kartı olmayanlar cərimələnəcək

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək.

ONA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Xəbərə görə, bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR