• İQTİSADİYYAT

    15:09 30 aprel 2019

Əcnəbilərin Azərbaycanda bank kartları ilə apardıqları əməliyyatların dəyəri 272 mln. manata yaxınlaşıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 271,6 mln. manat olub.

"Bu ilin mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 98 mln. manat təşkil edib", - deyə R. Hüseyn bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR