• İQTİSADİYYAT

    15:13 30 may 2019

Əfqan İsayev: "TANAP-ın inşası üzrə işlərin 99,6%-i icra edilib"

Trans-Anadolu qaz kəmərinin (TANAP) inşası üzrə işlərin 99,6%-i icra edilib.

ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, kəmərin tikintisi çərçivəsində 6,2 mlrd. ABŞ dolları həcmində vəsait xərclənib. Layihənin ümumi dəyəri 7 mlrd. dollar təşkil edir.

"Şahdəniz-2" layihəsi çərçivəsində işlərin 92,6% icra edilib və 18,8 mlrd. ABŞ dolları məbləğində vəsait xərclənib. Layihənin ümumi dəyəri 21,9 mlrd. dollar təşkil edir.

Bundan başqa, Ə. İsayevin sözlərinə görə, Trans-Adriatik boru kəmərinin (TAP) inşası üzrə isə işlərin 87,5%-i icra edilib. Aprelin sonuna olan məlumata əsasən, bu layihəyə planlaşdırılan 4,6 mlrd. avrodan 3,6 mlrd. avro həcmində vəsait xərclənib.

Qeyd edək, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəqlinə imkan verdiyini vurğulayan baş direktorun sözlərinə görə, 6 mlrd. kubmetr təbii qaz Türkiyə üçün, yerdə qalan 10 mlrd. kubmetr təbii qaz isə Avropaya veriləcək.

Xatırladaq ki, TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR