Mərkəzi Bankın məlumatına görə, 2019-cu il fevral ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7% artaraq 8075,9 mln. manat təşkil edib.
Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əmanətlərin 62,5%-i xarici, 37,5%-i isə milli valyutada qoyulub.
Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,7%, xarici valyutada əmanətlər isə 1,6% artıb.