Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8% artaraq 2 092,6 mln. manat təşkil edib.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 526,3 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,9%-ni təşkil edib.
Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 212 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 7,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.