• İQTİSADİYYAT

    18:17 1 may 2019

Bu ilin I rübündə hər bir Bakı sakini orta hesabla 174 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5% artaraq 1 288,7 mln. manat olub.

ONA Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 866,8 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 67,3% təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 1 031,5 mln. manat olub. Cari ilin yanvar-mart aylarında hər bir şəhər sakini orta hesabla 174 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR