Ekoloji qiymətləndirmə sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edənlər cərimələnəcək.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Məcəlləyə yeni əlavə edilmiş 275.3-cü maddəyə görə, əraf mühitə təsirin qiymətləndirilməsi və ya strateji ekoloji qiymətləndirilmə sənədlərinə ƏMTQ üzrə qiymətləndirici tərəfindən bilə-bilə yalan məlumatların daxil edilməsinə görə - iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə ediləcək.