Dünya əmtəə bazarlarındakı konyunktura Azərbaycan üçün əlverişlidir. ONA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
O qeyd edib ki, neftin qiyməti ilin əvvəlindən 34% yüksəlib. Neftin orta qiyməti birinci rüb ərzində 65 dollar təşkil edib.
Elman Rüstəmovun sözlərinə görə, bu da Azərbaycanın büdcə və sosial iqtisadi inkişaf proqnozunda nəzərdə tutulan 60 dollardan çoxdur.