• İQTİSADİYYAT

    13:47 26 aprel 2019

Azərbaycanda e-hökumət çərçivəsində vətəndaşların fərdiləşmiş şəxsi kabineti istifadəyə veriləcək

Elektron Hökumətin İnkişafı Mərkəzi tezliklə yeni "myGov" portalını vətəndaşların istifadəsinə verəcək.

Mərkəzdən ONA-ya verilən məlumata görə, "myGov" vətəndaşın elektron hökumətdə (e-hökumət) olan şəxsi kabinetidir.
Vətəndaş Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə öz şəxsi kabinetinə daxil olaraq ehtiyac duyduğu xidmətlərdən yararlana biləcək. Bu xidmət vasitəsilə vətəndaşlar onlara məxsus sənədlərinin vaxtının bitməsi, yeni yaradılmış xidmətlər barədə bildirişlər ala biləcəklər, onlara aid olan məlumatların hər hansı quruma ötürülməsini tənzimləyə, təqdim olunan xidmətlərə müraciət edəcək elektron ödənişlərini həyata keçirə biləcəklər.

Bundan başqa, yeni portal vasitəsilə istifadəçilər sistemdə apardıqları bütün keçmiş əməliyyatları ilə bağlı məlumatları görə, həmçinin istifadə etdiyi xidmətlər üzrə təklif və şikayətləri şəxsi kabinet vasitəsilə dövlət qurumlarına göndərə biləcəklər.
İstifadəyə veriləcək myGov portalı ilə xidmətlər mərkəzli və proaktiv olacaq. Bu o deməkdir ki, vətəndaş xidmətə yox, vaxtı çatdıqda dövlət xidmətlərlə bağlı vətəndaşa müraciət edəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR