• İQTİSADİYYAT

    18:02 28 mart 2019

Ələt-Astara-İran yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 81-ci km-dən Biləsuvar şəhərinə doğru ayrılan yol ilə hərəkət 29 mart tarixində səhər saatlarından qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya bildirilib ki, yol bağlanmır. Qismən məhdudlaşma 3-4 gün ərzində qüvvədə saxlanılacaq. Bu müddət ərzində sürücülər sözügedən istiqamət üzrə sıxlıq yaranmasın deyə alternativ olaraq magistral yolun 111-ci km-dən Cəlilabad şəhərinə doğru ayrılan yoldan istifadə etməklə Biləsuvar şəhərinə və əksinə hərəkət edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətənfdaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR