• İQTİSADİYYAT

    16:42 6 mart 2019

Ələt azad iqtisadi zonası haqqında qanunun tətbiqi ilə bağlı yeni qanunvericilik formalaşdırılır

Ələt azad iqtisadi zonası haqqında qanunun tətbiqi ilə bağlı yeni qanunvericiliyin formalaşdırılması istiqamətində işlər aparılır.

ONA-nın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan iqtisadi zonanın yaradılması ilə əlaqədar müvafiq işçi qrupu yaradılıb və bu işçi qrupunun tərəfindən Ələt azad iqtisadi zonası haqqında qanun layihəsinin işlənilməsi üzrə böyük işlər görülüb: “Bu işlərə təbii ki, İqtisadiyyat Nazirliyi də cəlb olunub. Görülən işlərin nəticəsi olaraq qanun layihəsi prezident tərəfindən təsdiqlənib. Bu qanun bir çox yeni məsələləri, yeni yanaşmanı ehtiva etdiyindən, onun tətbiqi ilə bağlı yeni qanunvericilik də formalaşdırılmalıdır ki, bu istiqamətdə də artıq işlər də həyata keçirilir”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR