• İQTİSADİYYAT

    10:38 15 may 2019

Əli Əhmədov: "Azərbaycanın pensiya fonduna ödənilən vəsait 200 mln. manat artıb"

Son iki il ərzində Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb və bunun nəticəsində Azərbaycanın pensiya fonduna ödənilən vəsait 200 mln. manat artıb.

ONA-nın xəbərinə görə bunu “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan dialoqda çıxış edərkən baş nazirin müavini Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu, pensiya sisteminin dayanıqlığına bir töhfədir və eyni zamanda özəl sektorda çalışan insanların gələcəkdə etibarlı pensiya sistemi ilə təmin olunması üçün əhəmiyyəti töhfə sayıla bilər.

"Hesab edirəm ki, özəl sektor dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində Azərbaycanın bu layihədə layiqincə yerinə yetirilməsində üzərinə nə qədər böyük vəzifə düşdüyünü aydın şəkildə dərk edir, bu vəzifələrini yerinə yetirilməsi üçün lazımi fədakarlığı göstərəcək", - deyə Ə. Əhmədov qeyd edib.

Baş nazirin müavini həmçinin bildirib ki, əsas məqsədlərdən biri Azərbaycanın üzərinə götürdüyü dayanıqlı inkişaf məqsədləri ilə əlaqədar öhdəlikləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsidir.

"Qeyd edim ki, bütövlükdə Azərbaycan bu layihənin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti BMT tərəfindən layiqincə qiymətləndirilir. Bu yaxınlarda, iyul ayında, Azərbaycan ikinci milli könüllü hesabatını təqdim edəcək. Azərbaycan regionda ilk ölkədir ki, iki hesabatını təqdim edir. Bu baxımdan ölkənin sözügedən layihənin həyata keçirilməsində iştirakı kifayət qədər ürəkaçandır, eyni zamanda özəl sektorunda bu layihədə yaxından iştirakı Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin yerinə və üzərinə götürdüyü öhdəliyin layiqincə yerinə yetirilməsinə öz köməkliyin göstərəcək", - deyə Ə. Əhmədov qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR