İcbari tibbi sığorta ilə bağlı hazırlanan paketdə nəzərdə tutulan xidmətlərin tətbiqi nəzərdə tutulub.
ONA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların aldığı səhiyyə xidmətləri əhəmiyyətli dərəcədə genişlənəcək.
"O sahələr ki, hazırda insanlar bu və ya digər səbəblərdən onları ala bilmirlər, hamısı tətbiq olunacaq. Baza hissə bütün vətəndaşlara şamil olunacaq”, - deyə Ə. Əhmədov qeyd edib.
Baş nazirin sözlərinə görə, elə xidmətlər var ki, onların tətbiq olunması icbari tibbi sığortada nəzərdə tutulmayıb.
"Məsələn, plastik əməliyyatlar. Təbii ki, bunlar icbari tibbi sığortaya daxil olmayacaq. Hesab edirəm ki, icbari tibbi sığorta çox böyük və əhəmiyyətli sosial layihə olaraq 2020-ci ildən tətbiq ediləcək", - deyə Ə. Əhmədov əlavə edib.