Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyərinin sədri Elman Rüstəmov tutduğu vəzifədən istefa verməsi ilə bağlı bəzi KİV-də dərc olunmuş xəbərlərə münasibət bildirib.
“APA-Economics”in məlumatına görə, E. Rüstəmov yazılanları təkzib edib: “Mən bu gün qarşınızda Mərkəzi Bankın sədri kimi çıxış edirəm. Bu postdayam, öz fəaliyyətimi davam etdirirəm. Media nümayəndələrinə məsləhətim odur ki, belə xarakterli informasiyaları həmişə rəsmi mənbələrdən götürsünlər”.