Azərbaycanda hazırlanan kibertəhlükəsizlik strategiyasının qəbul olunması son mərhələdədir.
ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən "EU4Digital" proqramının təqdimatında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, bu sənəd qəbul olduqdan sonra özündə yaxın 5 il müddətdə ölkədə bu sahədə həyata keçiriləcək fəaliyyəti tam şəkildə əks etdirəcək.
Qeyd edək ki, kibertəhlükəsizlik strategiyası beynəlxalq təcrübə əsasında hazırlanıb və bu məqsədlə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb. Strategiyada Azərbaycana qarşı oluna biləcək kibertəhdidlər, onların qarşısını almaq üçün tədbirlər, kritik infrastrukturda kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, kadr hazırlığın təmin edilməsi və digər bir çox məsələ öz əksini tapıb.