Azərbaycanın kibertəhlükəsizlik strategiyası, ölkədə kibertəhlükəsizlik sahəsində aparılan fəaliyyətin daha da mütəşəkkilləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edəcək.
ONA-nın məlumatına görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik strategiyası beynəlxalq təcrübə əsasında hazırlanıb və bu məqsədlə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb.
"Strategiyada olkəmizə qarşı oluna biləcək kibertəhdidlər, onların qarşısını almaq üçün tədbirlər, kritik infrastrukturda kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, kadr hazırlığın təmin edilməsi və digər bir çox məsələ öz əksini tapıb. Sənəd ölkə başçısı tərəfindən imzaladıqdan sonra onunla həm dövlət qurumları, həm də özəl qurumlar tanış ola bilərlər. Eyni zamanda onu da xüsusi qeyd edim ki, bu kibertəhlükəsizlik strategiyası bütün şəxslərə aiddir, yəni, hər bir kəs bu sənəddən istifadə edib, öz fəaliyyətində bəhrələnə bilər", - deyə nazir müavini bildirib.