Azərbaycanla Belarus arasında elektron imzanın (e-imza) qarşılıqlı tanınmasına dair işlər aparılır.
ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən "EU4Digital" proqramının təqdimatında çıxış edən Azərbaycanın nəqliyyat rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, güman edilir ki, bu ikitərəfli əməkdaşlıq "EU4Digital" proqramının həyata keçirilən fəaliyyətə dəstək olacaq.
"Hazırda biz elektron imzaların digər ölkələrlə qarşılıqlı tanınması üzrə fəaliyyətimizi həyata keçiririk. Güman edirik ki, bu, həyata keçiriləcək əməkdaşlıq sahəsində digər "Şərq Tərəfdaşlığı” ölkələri ilə də bu layihələri başlaya bilərik", - deyə E. Vəlizadə qeyd edib.