Azərbaycan Respublikası Prezidentinin “Dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya Şuralarının yaradılması haqqında” 6 may 2019-cu il tarixli Fərmanına uyğun olaraq sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətlərin baxılması sahəsində şəffaflığın, operativliyin və obyektivliyin təmin edilməsi, bu sahədə onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.
ONA-nın Əmanətlərin Sığortalanması Fonduna istinadən verdiyi məlumata görə, Apellasiya Şurasına şikayətlər Fondun yerləşdiyi Bakı şəhəri, Babək prospekti, 16, ünvanında və yaxud [email protected] elektron poçt ünvanında qəbul olunur.