• İQTİSADİYYAT

    12:49 13 may 2019

Azərbaycan Beynəlxalq Mərzçəkənlər Federasiyasına üzv olub

Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Mərzçəkənlər Federasiyasına (FIG) üzv seçilib.

Komitədən ONA-ya verilən məlumata görə, qeyd olunan təşkilatda üzvlülük komitəyə mərzçəkmə sahəsində həyata keçirilən beynəlxalq təcrübələrdə yaxından iştirak etməyə, peşəkar kadr potensialının daha da təkmilləşdirməyə imkan yaradacaq.

Federasiyanın fəaliyyəti daşınmaz əmlak idarəçiliyinin bütün sahələrini əhatə edən 10 peşəkar komissiya tərəfindən həyata keçirilir. Onların 8-də komitənin müvafiq nümayəndələrinin təmsil olunması nəzərdə tutulur. Həmin komissiyalar “Peşəkar standartlar və praktika”, “Peşəkar təhsil”, “Məkan məlumatlarının idarəedilməsi”, “Koordinat yerləşmələri və ölçmələr”, “Mühəndis tədqiqatları”, “Kadastr və torpaq idarəçiliyi”, “Məkan planlaşdırılması və inkişaf”, “Qiymətləndirmə və daşınmaz əmlakın idarəedilməsi” sahələrini əhatə edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR