Alimlərin apardığı hesablamalara əsasən, dünyada bütün karbon tullantılarının 20%-ni 100 şəhərin sakinləri istehsal edir.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlərin fikrincə, karbon qazının emissiyası ən çox yüksək inkişaf etmiş, o cümlədən əhalisinin gəlirləri və sıxlığı yüksək olan şəhərlərin payına düşür.
Qeyd edək ki, aparılmış tədqiqatın nəticələrinə görə, ölkələrin əksəriyyətində (187 ölkədən 98-də) üç böyük şəhər aqlomerasiyası bütün milli karbon emissiyalarının dörddə birini təşkil edir.
Ən çox karbon qazı emissiya edən şəhərlər:
# |
Şəhər |
Əhalinin sayı |
1 |
Seul (Cənubi Koreya) |
21 254 000 |
2 |
Quançjou (Çin) |
44 309 000 |
3 |
Nyu-York (ABŞ) |
13 648 000 |
4 |
Honkonq (Çin) |
6 029 000 |
5 |
Los-Anceles (ABŞ) |
13 482 000 |
6 |
Şanxay (Çin) |
23 804 000 |
7 |
Sinqapur |
5 235 000 |
8 |
Çikaqo (ABŞ) |
7 260 000 |
9 |
Tokio (Yaponiya) |
32 999 000 |
10 |
Ər-Riyad (Səudiyyə Ərəbistanı) |
5 747 000 |