• İQTİSADİYYAT

    12:10 6 mart 2019

Energetika naziri AYİB prezidentini qəbul edib

Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, görüşdə AYİB ilə enerji sahəsində əməkdaşlıq əlaqələri, bankın dəstəyi ilə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov AYİB ilə uzunmüddətli və səmərəli əməkdaşlığı yüksək qiymətlədirib və bankın “Cənub Qaz Dəhlizi” layihəsinə maliyyə dəstəyini xüsusilə qeyd edib. Nazir energetika sektorunda aparılan islahatlar, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı AYİB ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Bankın prezidenti Suma Çakrabarti hazırda enerji sahəsində əməkdaşlğın fəaliyyət dairəsinin geniş olduğunu vurğulayaraq, icra prosesində olan layihələrin effektivliyinin təmin edilməsi üçün AYİB-nin dəstəyini davam etdirəcəyini bildirib.

Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoymaq imkanları, bu sahədə aparıcı ölkələrlə təcrübə mübadiləsi, enerji səmərəliliyinə dair məsələlər də nəzərdən keçirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR