• İQTİSADİYYAT

    10:05 5 aprel 2019

Bu il Azərbaycanda 614 sahibkarın obyekti elektrik şəbəkəsinə qoşulub

Bu ilin I rübü ərzində Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb.

ONA-ya Nazirlikdən verilən xəbərə görə, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə isə 148 olub.

Rüb ərzində qəbul edilmiş müraciətlərdən 614-nün icrası təmin edilib, 22 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.

“Bu dövrdə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 9 858,4 kVt güc sifariş edilib və 1 779 318,52 AZN qoşulma haqqı ödənilib”, - xəbərdə deyilir.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.

Emil

Teqlər:

SON XƏBƏRLƏR