Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanda əksini tapıb.
Mərkəzin ilkin nizamnamə fondu 1 milyon manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.