• İQTİSADİYYAT

    15:34 3 may 2019

ETSN-in tabeliyindəki bütün balıqartırma zavodları özəlləşdirməyə çıxarılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə açıq elan olunacaq.

ONA xəbər verir ki, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, artıq bununla bağlı Nazirlər Kabineti və Dövlət Əmlak Komitəsi ilə lazımi yazışmalar aparılır: "Bununla bağlı yaxşı, maraqlı təklifləri, biznes planları olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR