• İQTİSADİYYAT

    15:16 7 mart 2019

Yevlaxda ehtiyat DATA-mərkəzi tikilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC Yevlaxda ehtiyat DATA-mərkəzinin tikintisinə start verib.

Bu barədə ONA-ya "AzInTelecom"un kommersiya departamentinin rəhbəri Ruslan Əliyev məlumat verib.

Onun sözlərinə görə, ehtiyat DATA-mərkəzi dövlət rabitə operatoru "Aztelekom" MMC-in Yevlax telekommunikasiya qovşağı ərazisində yerləşəcək.

“Yevlaxdakı ehtiyat DATA-mərkəzi Tier3 sertifikatına malik olacaq və Bakıdakı əsas mərkəzdə olduğu kimi, burada da bütün xidmətlər istifadəçilərin ixtiyarına veriləcək. Mərkəzin istifadəyə verilməsi bu ilin üçüncü rübünə nəzərdə tutulub”, - deyə o bildirib.

R.Əliyevin sözlərinə görə, təqdim olunacaq sistemin demo-versiyası artıq sınaq mərhələsindədir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR