• İQTİSADİYYAT

    15:30 6 mart 2019

Fevral ayında 3344 vətəndaş işıq çəkdirmək üçün müraciət edib

Fevral ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsilə 449 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət edib.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, fevral ayında sahibkarların müraciəti ötən aylarla müqayisədə, demək olar, 2 dəfəyə yaxın artıb.

Bununla yanaşı, fevral ayında 3344 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Ümumilikdə isə fevral ayı ərzində Azərişıq ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsilə 25 266 müraciət daxil olub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR