“Fitch" beynəlxalq reytinq agentliyi "MDB bank sistemlərində başlıca risklər" adlı proqnozunu açıqlayıb.
ONA-nın “Fitch Ratings”ə istinadən verdiyi məlumata görə, 2014-2015-ci illərdə regiondakı bir çox milli valyuta kursunun enməsindən sonra Ukrayna, Azərbaycan və Qazaxıstan banklarında kreditlər üzrə itkilərin əhəmiyyətli dərəcədə artması onların iflasına səbəb olub.
"Fitch"in analitikləri hesab edir ki, bu risk hələ də qalmaqdadır: "Azərbaycanda xarici valyutada kreditləşdirmə payı hələ də yüksək olaraq qalır. Azərbaycanda bu rəqəm 40%, Ukraynada 48%, Belarusda 49%, Özbəkistanda 55%, Gürcüstanda 56%, Ermənistanda isə 58% təşkil edir".
Bəzi hallarda hakimiyyət orqanları əhəmiyyətli itkilərlə üzləşən xarici kreditorlarla bağlı banklara dəstək verməyi qərara alıblar. Məsələn, Qazaxıstanda belə dəstək BTA-ya, Ukraynada “PrivatBank”a, Azərbaycanda isə Azərbaycan Beynəlxalq Bankına verilib.