Martın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,58% – 25 702,89 bəndədək, S&P 500 0,69% – 2 810,92 bəndədək, Nasdaq 0,69% – 7 643,41 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 13-də FTSE 100 indeksi 0,11% – 7 159,19 bəndədək, Fransa CAC-40-ı 0,69% – 5 306,38 bəndədək, Almaniya DAX-ı isə 0,42% – 11 572,41 bəndədək yüksəlib.
Martın 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,45 % ucuzlaşaraq 1 306,95 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,13 (+0,0077%) dollar təşkil edir.