• İQTİSADİYYAT

    22:22 4 aprel 2019

Fransanın "AXA" sığorta qrupu Azərbaycan nümayəndəliyinin fəaliyyətini dayandırıb

Fransanın "AXA" sığorta qrupu Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə qurumdan bildirilib.

Məlumatda deyilir ki, qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə iş adamı Elxan Qəribli ilə 21 may 2018-ci il tarixdə bağlanmış niyyət sazişi qüvvədən düşüb.

"AXA MBASK" sığorta şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR