Füzuli-Hadrut yolunun tikintisi sürətlə davam etdirilir - [color=red]FOTO[/color]
  • İQTİSADİYYAT

  • 15:24 24 May 2022

Füzuli-Hadrut yolunun tikintisi sürətlə davam etdirilir - FOTO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, avtomobil yolunun uzunluğu 12 kilometrdir.

I texniki dərəcəli bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edəcək.

Avtomobil yolunda hazırda torpaq işləri icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır.

Bundan başqa, yolun 6.7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində iki aşırımlı avtomobil körpüsündə svay üçün hazırlıq prosesi aparılmaqla tikintisi davam etdirilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.

Foto

Füzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yoluFüzuli-Hadrut yolu

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR