İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə olublar.
ONA-nın məlumatına görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə yerləşəcək Zəfər muzeyi, İşğal muzeyi, Memorial Park və Bayraq meydanının layihələndirilməsi məqsədilə müvafiq obyektlərin yerləşəcəyi yerlərə baxış keçirib.