• İQTİSADİYYAT

    18:09 27 mart 2019

Sabah Gədəbəydə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Növbəti azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı mart ayının 28-də Gədəbəy rayonun Saratovka kəndinin inzibati ərazi nümayəndəliyinin binasında keçiriləcək. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər. Səyyar satış barədə ətraflı məlumatla bağlı Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru Asəf Nağıyevdən (050) 378-03-30 nömrəsi ilə əlaqə saxlayaraq almaq olar.

Qeyd edək ki, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR