Gələn ay Çelyabinsk-Bakı aviareysi açılacaq
  • İQTİSADİYYAT

  • 10:03 23 Mart 2019

Gələn ay Çelyabinsk-Bakı aviareysi açılacaq

Aprel ayının 9-dan etibarən Rusiyanın “İrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II, iyunun 20-dən etibarən isə  IV günləri “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.

Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10 min rubl (264 manat) təşkil edir.

Nicat Mustafayev

Teqlər: İrAero Bakı Çelyabinsk aviareys

OXŞAR XƏBƏRLƏR