Aprelin 5-dən etibarən Rusiyanın “Ural Airlines” şirkəti Samara-Bakı-Samara marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Bu barədə ONA-ya aviaşirkətdən bildirilib.
Sözügedən marşrut üzrə uçuşlar hər həftənin cümə günləri yerli vaxtla 13:10-da yerinə yetiriləcək. Təyyarə Bakıya saat 15:25-də çatacaq, əks istiqamətdə isə saat 16:45-də uçacaq. Hazırda Bakı-Samara istiqaməti üzrə aviabiletin minimal qiyməti 257 manat, hər iki istiqamətə isə 438 manat təşkil edir”.