• İQTİSADİYYAT

    15:58 2 aprel 2019

Azərbaycanda may ayından əmək yarmarkalarının keçirilməsinə başlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayında 2019-cu il üzrə əmək yarmarkalarına başlanacaq.

Nazirlikdən ONA-ya verilən məlumata görə, yarmarkaların cari il ərzində respublikanın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur. Bu aktiv məşğulluq tədbirlərində idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və iş axtaran vətəndaşlara təklif olunacaq.

Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaq. Həmçinin iştirakçıların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılacaq.

İlk yarmarkaların Naftalan şəhərində, Qəbələ və İsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR