• İQTİSADİYYAT

    12:55 17 may 2019

ABŞ-ın enerji məsələləri üzrə Dövlət Katibliyinin nümayəndələri Azərbaycana gələcək

ABŞ-ın enerji məsələləri üzrə Dövlət Katibliyinin nümayəndələri və dövlət katibinin müavini gələn həftə Azərbaycana səfər edəcəklər.

ONA-nın xəbərinə görə, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən ABŞ Dövlət Katibinin iqtisadi məsələlər üzrə nümayəndəsi Piter Haas deyib.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ əməkdaşlığı kifayət qədər uzun məsafə qət edib.

"Burada bir sıra sahə üzrə müzakirələr aparıla bilər ki, onların sırasında İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat neft və qaz sahələri və s. yer alır", - deyə P. Haas qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR