• İQTİSADİYYAT

    11:58 23 mart 2019

Gəncə-Bakı reysinə əlavə sərnişin qatarı təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib.

“Azərbaycan Dəmir Yolları” QSC İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ONA-ya bildirib ki, martın 25-də Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilib.

Qatar Gəncədən saat 18.00-da yola düşəcək, Bakıya saat 22.15-də çatacaq.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR