Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 15 aprel 2019-cu il tarixindən başlanacaq.
Fonddan ONA-ya verilən məlumata görə, kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank”ın Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən inzibati binasına və Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edib, bank rekvizitlərini təqdim etsinlər.