Goranboyun dağ kəndlərindən olan Meşəlidə ilk dəfə olaraq baramaçılıq təsərrüfatı yaradılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, bu işin təşəbbüskarı Xocalıdan olan məcburi köçkün Taleh Ağayevdir.
T.Ağayev ONA-ya açıqlamasında bildirib ki, havanın temperaturu +25 dərəcə təşkil edirsə və ipək qurdlarının qidalanması üçün zəruri olan bol tut yarpağı varsa həmin ərazidə baramaçılıqla məşğul olmaq mümkündür: “Rayon ərazisində tut yarpağı ilə bağlı hər hansı sıxıntı yoxdur. Üstəlik hazırda Ağcakənd qəsəbəsinə bitişik sahələrdə Çindən gətirilmiş 25 mindən çox xüsusi tut ağacı növləri becərilməkdədir. Bu səbəbdən də tədricən təsərrüfatını böyütmək və daha çox barama istehsalı ilə məşğul olmaq niyyətindəyik”.