Azərbaycan GUAM ölkələri (Georgia, Ukraine, Azerbaijan, Moldova) çərçivəsində elektron imzanın qarşılıqlı tanınması ilə bağlı müzakirələr aparır. Bu barədə ONA-ya Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələyə dair bütün ölkələrin yanaşması müsbətdir və hal hazırda əsas müzakirə mövzusu, ölkələrin qoyulduğu məqsədə daha da yaxınlaşmasıdır.
“Məsələnin hüquqi tənzimlənməsinə gəldikdə isə demək olar ki, ölkənin cari qanunvericilik bazası imkan verir ki ölkələr arasında bu əlaqələr qurulsun”, - deyə nazir müavini bildirdi.
Layihənin nə zaman icra olunacağına gəldikdə isə, nazir müavini qeyd etdi ki, bu bütün tərəflərin tam hazır olacağından asılıdır.