• İQTİSADİYYAT

    11:56 30 aprel 2019

"Gunay Bank"ın mənfəəti 70%-ə yaxın azalıb

"Gunay Bank" bu ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA-nın sözügedən hesabata istinadən verdiyi məlumata görə, aprelin 1-nə "Günay Bank"ın cəmi aktivləri 203,731 mln. manat təşkil edib ki, bu da ötən il aprelin 1-i ilə müqayisədə 6,2% çoxdur.

Son bir ildə bankın kredit portfeli 4,4% arataraq 125,345 mln. manat olub.

Hesabat dövründə "Günay Bank"ın cəmi öhdəlikləri 8,4% artaraq 141,179 mln. manat, depozit portfeli isə 12,1% azalaraq 78,604 mln. manat təşkil edib. "Günay Bank"ın cəmi kapitalı isə 1,6% artaraq 62,552 mln. manata çatıb.

Bu ilin I rübündə "Günay Bank"ın faiz gəlirləri 1% artaraq 2,819 mln. manat, qeyri-faiz gəlirləri 29,7% artaraq 1,542 mln. manat, qeyri-faiz xərcləri 26,3% artaraq 1,817 mln. manat , aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 84,1% azalaraq 91 min manat təşkil edib.

Yekun nəticədə bank ilin I rübünü 391 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,1% azdır.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR