“Günay Sığorta” şirkəti 2018-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
ONA-nın şirkətə istinadən verdiyi məlumata görə, “Günay Sığorta”nın 2018-ci ildə xalis mənfəəti 57 min manat təşkil edib ki, bud a əvvəlki illə müqayisədə 40,6% azdır.
Şirkətin cəmi aktivləri ötən ilin sonuna 14,348 mln. manat təşkil edirdisə, bu ilin yanvar ayının 1-nə bu göstərici 11,1% azalaraq 12,758 mln. manat olub.