• İQTİSADİYYAT

    15:04 3 iyun 2019

Gürcüstan elektrik enerjisinin idxalını kəskin artırıb

Son iki il ərzində Gürcüstan elektrik enerjisinin idxalının həcmini təxminən 3 dəfə artırıb. ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Enerji Tənzimlənməsi Komissiyasının sədri İrina Milorava bildirib.

Onun sözlərinə görə, qarşıdakı illərdə əsas hədəflərdən biri yerli istehsalın maya dəyərinin aşağı salınması ilə idxaldan asılılığın azaldılması olacaq.

"Əsas çətinliklərdən biri idxalın artmasıdır. Ötən iki ildə bu göstərici təxminən 3 dəfə artıb. Bu tendensiyanın qarşısı yerli istehsalın maya dəyərinin endirilməsi ilə alınmalıdır. Təəssüf ki, tələbatın artmasının əksinə yerli elektrik enerjisi istehsalı müəssisələrinin sayı və ya həcmi sabit olaraq qalıb. Buna görə də qarşıdakı illərdə çətinlik daha böyük ola bilər.

Qeyd edək ki, ESCO-nun (Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru) hesabatına görə, cari ilin ilk 4 ayında bu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 613,88 mln. kVt/saat təşkil edib ki, bunun da 87,8%-i Azərbaycanın payına düşüb.

Səid

Teqlər:

SON XƏBƏRLƏR