2019-cu ilin birinci rübündə Gürcüstanı ziyarət edən azərbaycanlı turistlərin sayı artıb.
ONA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında qeyd olunur.
Bildirilir ki, cari ilin birinci rübündə Azərbaycandan Gürcüstana 292 min 800 ziyarət baş tutub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Ümumilikdə turistlərin Gürcüstana səfər günlərinin sayı isə 14.4 faiz azalaraq orta hesabla 3.7 gecə çəkib. Ötən il bu müddət 4.3 gecə təşkil edib. Səfərlərin 79.5 faizi təkrarlanan səfərlər olub. Xərclənən məbləğ isə turist sayına nisbətdə orta hesabla 16.1 faiz azalaraq 889.7 lariyə düşüb.