Gürcüstanda Birinci Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masa keçirilib.
ONA-nın Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, dəyirmi masa Türkmənistanın Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə qeyd edilib ki, Türkmənistanın Prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzəryanı dövlətlərin V sammitində Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Məlumata görə, forumun əsas məqsədlərindən biri qarşılıqlı səmərəli ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi, həmçinin təbii sərvətlərin effektiv istifadəsi mexanizminin yaradılması üzrə səylərin genişləndirilməsi işində Xəzər dənizinin birləşdirici faktorunun istifadəsidir.
Qeyd edək ki, Birinci Xəzər İqtisadi Forumu 2019-cu ilin avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində keçiriləcək.