İran və Azərbaycan Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun birgə təməlqoyma mərasimi keçirilib.
ONA xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Azərbaycanda səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani iştirak ediblər.
Sözügedən Sənaye Məəlləsində “Azərmaş” (25%) ilə “Kartal Az” (75%) birgə avtobus və yük avtomobillərinin istehsal ediləcək. Layihənin ümumi dəyəri 10 milyon avro olacaq. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələdə 4 milyon avro yatırılacaq. İstehsal gücü birinci mərhələdə 500 ədəd, ikinci mərhələdə 1 000 ədəd avtobus və yük avtomobili istehsal olunacaq. 1-ci mərhələdə 10 nəfər ikinci mərhələdə 200 nəfər işçi qəbul ediləcək. Zavodda İsveç, Almaniya, Türkiyə və İran texnologiyasından istifadə olunacaq. Bir avtobusun dəyəri modelindən asılı olaraq 135 min -200 min avro dəyərində, 1 ədəd yük avtomobilinin 70-90 min avro dəyərində olacaq. Avtomobillərin satış bazarı MDB ölkələri, Orta Asiya, İran və Pakistan ölkələri olacaq.