Hacıqabul sənaye məhəlləsində “Scania” avtobuslarının istehsalı üzrə zavodun istismara verilməsi ilə bağlı Azərbaycan və İran arasında müvafiq sənəd imzalanacaq. ONA-ın məlumatına görə bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes və investisiya forumu çərçivəsində çıxış edərkən deyib.
Onun sözlərinə görə, zavodun tikintisinə yaxın zamanlarda başlanılması gözlənilir.
Nazir onu da əlavə edib ki, Azərbaycanla İran arasındakı ticarət əlaqələri 2018-ci ildə əvvəlki illə müqayisədə 74% artıb.