Azərbaycanda avtobus istehsalı zavodunun tikintisinə 11 milyon manat həcmində sərmayə yatırılacaq. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, zavodda bir neçə avtobus modelinin istehsalı nəzərdə tutulur. Burada həm Avropa, həm də Asiya istehsalçıların avtobusların istehsalı nəzərdə tutulur.
"Hacıqabul sənaye məhəlləsində Avtobus istehsalı zavodunun təməli qoyulacaq. Təxminən 5 hektar ərazini əhatə edəcək zavodda 100 nəfər işlə təmin ediləcək. Neftçalada sənaye məhəlləsində isə istehsal olunan avtomobillər üçün ehtiyat hissələrin istehsalı nəzərdə tutulur. Bu layihənin dəyəri isə təxminən 7 milyon manat təşkil edəcək ki, burada da 70-ə yaxın iş yerlərin açılacağı gözlənilir", - deyə o qeyd edib.
E. Axundovun onu da bildirib ki, zavodun istismara verilməsi 2020-ci ilin sonuna gözlənilir.
"Zavodun illik istehsal gücü 500 ədəd nəzərdə tutulur. İstehsal olunan avtobuslar həm daxili bazarda istifadə olunacaq, həm də yaxın qonşu ölkələrə ixrac ediləcək", - deyə E.Axundov bildirdi.
O, eləcədə qeyd edib ki, ehtiyat hissələri olan zavodun tikintisi layihəsində sərmayə qiyulusunda Azərmaş şirkətinin payı 50%, avtobus zavodunun tikintisində isə 25% əşkil edir.
Avtobus istehsalı layihəsi İranın "Qartal" şirkəti ilə müştərək olaraq icra olunacaq.
"Avtobusların ölkədaxili istifadəsi ilə bağlı hal hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə danışıqlar aparılır. İstehsal olunacaq avtobuslar həm böyük tutumlu, həm də kiçik tutumlu olacaq. Onlarin mühərrikləri həm dizel, həmdə qazla işləyəcək. Avtobusların qiymətinə gəldikdə isə, təbii ki, burada yerli istehsaldan söhbət gedirsə, qiymət fərqli, yeni ucuz olacaq",- deyə E.Axundov qeyd etdi.