• İQTİSADİYYAT

    16:56 21 may 2019

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

2019-cu il mayın 21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin birgə iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 3 may tarixli Fərmanı ilə yeni tərkibi təsdiqlənmiş Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın ilk iclası keçirilib.

ONA-nın məlumatına görə, iclasda Hasilatın pay bölgüsü sazişlərinin (HPBS) açıqlanması, HSŞ Komissiyasının 2019-cu il üzrə Fəaliyyət planı, 2018-ci il üzrə hesabatların əhatə dairəsi və hesabatlılıq müddətləri, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsi layihəsini icra edən məsləhətçilər tərəfindən görülmüş işlərə dair məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilib.

Görüşdə üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2018-ci il üzrə HSŞ hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınmış və HSŞ hesabatını hazırlayacaq Müstəqil Auditorun seçimini tənzimləyən Şərtlər Toplusu və hesabat formaları müzakirə edilərək təsdiqlənib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR